!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəfələrlə izləsəz də, bunları görməmisiz  - "Şaban"ın filmlərindəki inanılmaz səhvlər - FOTOLAR

!Reklam – Yazi

Türkiyənin unudulmaz aktyoru Kemal Sunalın filmləri hər nə qədər təkrar göstərilsə də, izləyici ona baxmaqdan bezmir.

Yenicag.az xəbər verir ki, əvəzedilməz aktyorun yaratdığı “Şaban” obrazı hələ də yaddaşlardadır.

O, hər nə qədər ideal aktyor olsa da, rol aldığı filmlər səhvsiz deyil.

Məsələn, 1979-ci ildə çəkilən “Umudumuz Şaban” filmində çayxanada çalışan “Rinqo Şaban” müştəriyə apardığı ayranı müdirin üzünə tökür. Təqdim etdiyimiz fotodan isə görünən odur ki, ayranı müdirin üzünə tökən aktyor deyil, film setinin işçilərindən biridir.

Ayranı müdirin üzünə tökən set işçisinin əli kameraya belə yaxalanır:


Kemal Sunalın rol aldığı, 1984-cü ildə çəkilən “Postacı” filmi də səhvsiz ötüşməyib. Belə ki, sözügedən filmdə Adem rolunu canlandıran ustad sənətkar marketə daxil olarkən vitrindəki biskuvit qutusunun qapağı açıq olur. Digər kadrda isə qutunun qapağı bağlıdır.

Eyni filimdə “Adem”in sevgilisini qaçırdığı səhnədə də səhv var. Belə ki, evin içindəki çəkilişdə gündüz, çölündəki çəkilişdə isə gecənin olduğu diqqətdən qaçmır.

Digər bir səhv isə “Hababam sınıfı” ilə bağlıdır. Bu, təqdim etdiyimiz fotodan da açıq-aydın görünür.

www.yenicag.az

4335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv