!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəfələrlə vaksin vurdurmaq xeyirdir, yoxsa ziyan: Soyuqdəymənin qarşısını alır? - TİBBİ RƏY

!Reklam – Yazi

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev bildirib ki, tez-tez qrip olanlar mütləq oktyabr-dekabr aylarında yenidən vaksin olunmalıdır. Amma əhalinin çoxu artıq üç doza vaksin vurdurub.

Bəs bu qədər peyvənd immun sisteminə zərər vermir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən terapevt Arzu Hüseynova bildirib ki, bu qədər vaksin vurdurmağın əleyhinədir:

“Mən vaksinin əleyhinəyəm. Sağlamlığa ziyan verə bilər. Düzdür, hər insanın bədəni və orqanizmi fərqlidir. Amma yenə də dəfələrlə peyvənd vurdurmaq lazım deyil”.

Bundan əlavə, bir çox iri informasiya agentlikləri, tibbi qurumlar, şirkətlər və s. vaksinin zərərləri ilə bağlı minlərlə məqalə yayımlayıb. Məsələn, ABŞ-nin Xəstəliyə Nəzarət və Qarşısının Alınması qurumunun araşdırmasına görə, vaksin qızdırma, immun yetərsizliyi, yorğunluq, ağrı və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Şahanə Paşa

www.yenicag.az

360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv