!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Dəfələrlə zəng etdim...” - Tanınmış aparıcıya qarşı FIRILDAQ - FOTOLAR

!Reklam – Yazi

Tanınmış aparıcı Günay Firudinqızı taksi sürücülərinin fırıldağına tuş gəlib.

Yenicag.az-a açıqlama verən aparıcı aldadıldığını bildirib:

“Mənim maşınım var. Amma elə yerlər olur ki, parklanma üçün yer olmadığından taksi sifariş edirəm. Bu günlərdə getdiyim məkana taksi sifariş etdim. Həmin məkana çatanda sürücüyə pul verdim ki, qalığını qaytarsın. Operatorun dediyi məbləğdən xeyli artıq məbləğ hesabladı. Dedim, axı bu, necə ola bilər? Bəhanə gətirdi ki, siz maşını məkanın içərisinə sürdürmüsüz. Hansı ki, operatora gedəcəyimiz məkanın son nöqtəsini də demişdim. Bu hadisə baş verəndən sonra həmin operatora zəng etdim, soruşum ki, bu necə olur, siz deyən məbləğlə sürücünün aldığı məbləğ üst-üstə düşmür? Dəfələrlə yığsam da, mənə cavab verilmədi, baxmayaraq ki, sifariş götürəndə o dəqiqə cavab verirlər. Anladım ki, onlar sürücülərlə əlbir çalışır və fırıldaq gələrək insanları aldadırlar”.

G. Firudinqızı insanlara çağırış edib:

“Taksidən istifadə edən insanlara səslənirəm ki, aldanmasınlar. Mənim başıma gəldi və bildim ki, belə bir fırıldaqla qarşılaşa bilərəm. İstədim insanlar bunu bilsin və nəticə çıxarsınlar. Həm də ehtiyatlı olsunlar. Artıq pul verib aldadılmaqdansa, haqlarını tələb etsinlər”.

Cəvahir

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv