!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DƏHŞƏT: Hərbi həkimin atası satdığı evi yandırıb həyətdə özünü asdı

!Reklam – Yazi

Tovuz rayonunda satdığı evi yandıran şəxs intihar edib.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyulun 2-si rayonun Aşağı Quşçu kəndində baş verib. 1964-cü il təvəllüdlü Fəqan Rzayev ötən il O.Məmmədova satdığı 144 kvadrat metrlik evi yandırıb. Daha sonra o, həyətdə özünü asaraq intihar edib.

Bildirilir ki, insident zamanı evdə yaşayış olmayıb. O, evini satdıqdan sonra kəndi tərk edərək Naxçıvanda hərbi həkim işləyən oğlunun yanına gedib, lakin daha sonra geri qayıdıb. Rzayev qeyri-qanuni yolla həyətə daxil olaraq evə od vurub. Hadisə yerinə dərhal yanğınsöndürmə briqadası çağırılıb. Həmçinin həyətə daxil olan şəxslər keçmiş qonşuları Fəqan Rzayevin ağacdan asılı vəziyyətdə qalmış meyitini aşkar ediblər.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv