!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DƏHŞƏT: Turistlərlə dolu hava şarı yerə çırpıldı - Ölənlər və yaralananlar var - VİDEO

!Reklam – Yazi

Kapadokyada hava şarının səhər saatlarında külək səbəbindən sərt eniş edib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərt eniş nəticəsində 2 ispan turist vəfat edib, 3-ü isə yaralanıb.

Xəsarət alanların həyati təhlükəsinin olmadığı bildirilib. Ölənlərin şəxsiyyəti məlum olub. Onların İspaniya vətəndaşı 62 yaşlı Maria Kristiana Baltrons və 64 yaşlı Dolors Masana oldyuğu bildirilib.

Məlumata görə, hadisə zamanı hava şarında iki ekipaj üzvü olmaqla, ümumilikdə 30 nəfər olub.

Nevşehir Qubernatorluğundan hadisə ilə bağlı açıqlama verilib.

“Bu gün səhər saat 07.25-də əyalətimizin Avanos rayonundakı Zelve ərazisindən havaya qalxan özəl bir şirkətə məxsus TC-BBR qeydiyyat nömrəli isti hava şarı külək səbəbilə saat 08.50-də Kavakın Killik bölgəsinə sərt eniş edib. Qəzadan sonra bütün xilasetmə qruplarımız hadisə yerinə göndərilib. 28 sərnişin və 2 ekipaj üzvü olan hava şarında eniş zamanı 2-si İspaniya vətəndaşı vəfat edib, 3 İspaniya vətəndaşı isə yaralanıb. Yaralıların müalicəsi şəhərimizin müxtəlif xəstəxanalarında davam etdirilir və onların həyati təhlükəsi yoxdur. İlkin təsbitlərə görə, hadisənin gözlənilməz küləyin artması nəticəsində baş verdiyi qiymətləndirilir. Qəza ilə bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb”, deyə məlumatda qeyd edilib.

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv