!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəhşətli cinayət: İki gənci öldürüb su quyusuna atdı, içini doldurdu - TƏFƏRRÜAT / FOTO

!Reklam – Yazi

Türkiyənin Dənizli şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

Yenicag.az “Sözcü”yə istinadən xəbər verir ki, 5 gündür itkin düşmüş İsmayıl Yalçınla (17) Həsən Akkösənin (19) cansız bədənləri tapılıb.

Gəncləri öldürməkdə şübhəli bilinən şəxsin ifadəsinə görə, onları meşəlik əraziyə çağırıb və hər ikisini də orada güllələyib. Daha sonra cəsədləri su quyusuna atan cinayətkar quyunu daş və torpaqla doldurub.

Əraziyə cəlb edilən 3 ekskovatorla həmin yer qazılıb. Xilasedicilər 26 metr dərinliyə vardıqları zaman cəsədlərə zərər verməmək üçün quyunun geri qalan hissəsini 5 saat da əllə qazıblar. Ümumilikdə 48 saat davam edən qazıntı işlərindən sonra hər iki gəncin cansız bədəni tapılıb.

Cəsədlər üzərində aparılan baxış zamanı bəlli olub ki, Həsən Akköse başından, İsmayıl Yalçın isə kürəyindən vurularaq öldürülüb.

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv