!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəhşətli HADİSƏ: Qız qardaşının barmaqlarını kəsdi - FOTO

!Reklam – Yazi

Qız yoqurtunu içdiyinə görə qardaşının barmaqlarını kəsib.

Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, şok hadisə Çilidə baş verib. Səhər soyuducuda yoqurtunu tapmayan 19 yaşlı qızla qardaşı arasında mübahisə yaranıb və dava düşüb.

Gərgin mübahisədən sonra Leonor münaqişə yerini tərk edərək işə gedib.

O, gecə, qardaşı artıq yatarkən geri qayıdıb. Qardaşı dairəvi mişarın səsinə ayılıb və bacısının onun əlini kəsməyə çalışdığını görüb.

Gənc özünü xilas etməyə çalışaraq qızı itələsə də, yenə də bir neçə barmağını itirib.

Qız hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Leonor hərəkətini qardaşının onun yeməyini dəfələrlə icazəsiz yeməsi ilə izah edib.

Leonor oğurluğa görə onu “ədalətli” cəzalandırmaq qərarına gəlib.

Xuraman Etibarlı

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv