!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəhşətli QƏTL - Əmisi qızının başını kəsdi

!Reklam – Yazi

Şəmkir rayonunun İrmaşlı kəndində qətl hadisəsi törədilib.

Yenicag.az xəbər verir ki, kənd sakini, 1998-ci il təvəllüdlü Aytac Famil qızı Piriyeva kəndin kənarında, boş sahədə bıçaqla boğazı kəsilərək qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən əmisi oğlu Piri Əli oğlu Piriyev könüllü olaraq polisə təslim olub.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, əvvəllər ailəli olmuş A.Piriyeva bir müddət öncə rayon mərkəzindəki kompyuter kursuna gedib. Qadının orada kollektivlə çəkilən fotolarını görən P.Piriyev əmisi qızını qısqanıb və buna görə də tərəflər arasında mübahisə yaranıb. Bu zaman əmisi qızını avtomobilə əyləşdirib kəndin kənarındakı boş sahəyə aparıb və orada qadının boğazını kəsərək qətlə yetirib.

Qeyd edək ki, A.Piriyeva boşandıqdan sonra anası və qardaşı ilə birgə qalırmış, onun az yaşlı bir oğlu var. Hadisəni törətməkdə şübhəli bilinən P.Piriyev subay olub. Onların hər ikisinin ataları dünyasını dəyişib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

www.yenicag.az

982
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv