!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəhşətli qəza bir ailəni məhv etdi

!Reklam – Yazi

Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, fevralın 20-də saat 12 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakinləri N. Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə. Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə R. Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T. Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə. Məmmədovun sərnişini olan arvadı A. Məmmədova xəstəxanaya yerləşdiriliblər. Ç. Hüseynova, T. Hüseynova və azyaşlı orada ölüb.Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv