Reklam: High Technic
hightechnic

Dəhşətli zəlzələ: Ölənlərin sayı 21-ə çatdı

Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb. Yaralılardan 6-sının vəziyyaəti ağırdır, 13 nəfər itkin düşüb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bunu hökumətin baş katibi Yosixide Suqa mətbuat konfransında bildirib.

“Ölənlərin sayı 21 nəfər təşkil edir, 6 nəfərin vəziyyəti çox ağırdır 13 nəfər isə itkin düşmüş sayılır. Zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində özünümüdafiə qüvvələrinin, polis və yanğından müdafiənin 40 min əməkdaşı iştirak edir, 75 helikopter cəlb olunub”, -Y.Suqa qeyd edib.

Xatırladaq ki, sentyabrın 6-da Hokkaydo adasında 6,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri İbura rayonundayerləşib. Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib.

www.yenicag.az

3966