Dekabrın ilk gününün hava proqnozu

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti təşkil edəcək.