!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dekanın saxlanılmasının səbəbi açıqlandı - RƏSMİ

!Reklam – Yazi

2 gün öncə Dövlət Aqrar Universitetinin​ dekanı, professor Famil Nəsibov saxlanılmışdı.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, F.Nəsibov barəsində cinayət işi başlanıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tələbələrdən rüşvət alan dekanın qanunsuz əməlləri ifşa edilib.

F.Nəsibovun rəhbərlik etdiyi fakültənin bəzi tələblərinin dərslərdə iştirak etməməsi və imtahanlarda məqbul qiymətlər yazılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Famil Nəsibovun üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Baş İdarədə cinayət işi başlanıb, Famil Nəsibova Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsilə ittiham elan edilib. Vəzifədən kənarlaşdırılıb və barəsində ev dustaqlığı seçilib.

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv