!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dəli Kür”ün Cahandar ağası ilə bağlı MARAQLI FAKT: “Mən onu qucaqlamaq istəyəndə, o…” - Əməkdar artist - FOTO

!Reklam – Yazi

“Faktura çox önəmlidir. Onun xarakterik səs tembri, ifadəli sifət cizgiləri, xarizmatik səhnə görkəmi var idi…”

Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist Zemfira Sadıqova bu gün xatirə günü olan Xalq artisti, görkəmli akytor Ələddin Abbasovu yad edərkən deyib.

“Dəli Kür” filmində onunla tərəf müqabili olan aktrisa mərhum aktyorla bağlı maraqlı xatirəsini bölüşüb:

“Ələddin Abbasov Cahandar ağa obrazını canlandırırdı, mən də Mələyi. Biz onunla çəkilişdən çəkilişə qarşılaşırdıq. Həyatda tanış deyildik. Çox ağır təbiətli, qaraqabaq insan idi. Elə çəkilişlər zamanı da qaraqabaq olurdu. Mən onun gülümsədiyni belə görmürdüm.

Bizim filmdə bir səhnəmiz var idi. Cahandar ağa Mələyə qiymətli hədiyyələr – qızıl, zərxara parçalar hədiyyə edir. Mələk həmin an minnətdarlığını ifadə etmək üçün onu qucaqlamaq istəyir. Mən Mələk olaraq onu qucaqlamaq istəyəndə o, diksindi və kənara çəkildi.

Mən çaşqın vəziyyətdə karıxıb qaldım, neyləyəcəyimi bilmədim. Çox pis oldum, ürəyimdə fikirləşdim ki, axı biz rol oynayırıq. Həyatda Zefmirayam, o da Ələddin Abbasov. Amma biz obrazdayıqsa, həyatdan qopmalı, obraza girməliyik. O, belə etmədi. Sanki bu hərəkəti “ayıb” hesab etdi.

Sonralar rejissor o hissəni filmə daxil etmədi. Maraqlıdır ki, həmin vaxt rejissor ona iradını da söyləmədi. Bu hadisə həmişəlik yaddaşıma yazıldı. Ələddin Abbasov Cahandar ağa ilə filmin möhürünü vurdu. Bu da ondan irəli gəllirdi ki, o, xarakteri, xarizması ilə obraza yaraşırdı”.

Cəvahir

www.yenicag.az

361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv