!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Delimitasiya və demarkasiya məsələsində HƏLL YOLU: "Hər iki tərəf ərazi verəcək" - HƏRBİ EKSPERT 

!Reklam – Yazi

“Demarkasiya və delimitasiya zamanı erməni tərəfinə hansısa istiqamətdən ərazi veriləcək, Ermənistan da Azərbaycana bəzi istiqamətlərdən ərazi verəcək”.

Bunu Ermənistanın Tavuş bölgəsində alternativ yolun çəkilməsi, Qazağın 7 kəndinin gələcək taleyini şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, demarkasiya və delimitasiya məsələsi zamanı iki ölkə bir-birinə ərazilər verməklə problemi həll edə bilər:

“Tavuşda salınan alternativ yol Ermənistanın Vəskipar kəndinə çəkilir. Əvvəllər Aşağı Əskiparanın içi ilə Xeyrimli kəndi istiqamətində İcevan yolu var idi. O yol Azərbaycan torpaqlarından keçirdi. O yol köhnə işlək yol olub, Noyanbryan-İcevan-Dilcan istiqamətində idi. Yuxarı Əskiparaya isə yol ermənilərin Vəskipar kəndindən keçib gedirdi. Alternativ yol Noyanbryandan gələndə Vağanis Ayrımla üzbəüz keçmiş şaftalı bağları var, ora ermənilərin ərazisidir, ordan keçərək Xeyrimli kəndinin üstü ilə İcevan-Dilcan istiqamətinə çəkilir.

Azərbaycanlılar Yuxarı Əskiparaya getmək üçün hər bir halda Vəskiparın içindən keçib gedir. Həmin ərazi ada kimi ermənilərin içərisində qalır. Ermənilərin çəkdiyi alternativ yol öz ərazilərindən keçir.

Demarkasiya və delimitasiya mütləq olunmalıdır. Bəzi kəndlərə yol Ermənistan ərazisindən keçir. Əvvəllər o torpaqlar bizim olub, ancaq sonradan ermənilərə verilib. Demarkasiya və delimitasiya zamanı erməni tərəfinə hansısa istiqamətdən ərazi veriləcək, Ermənistan da Azərbaycana bəzi istiqamətlərdən ərazi verəcək. Çünki Azərbaycanın bəzi kəndlərinə yol Ermənistan ərazisindən, Ermənistanın bəzi kəndlərinə isə Azərbaycan ərazisindən yol keçir. Bu kimi hallar demarkasiya və delimitasiya zamanı öz həllini tapacaq. Yoxsa mübahisələr uzun illər davam edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

1071
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv