!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Delimitasiya və demarkasiyaya yaradılan ƏNGƏL: "Azərbaycan Ermənistanın cavabını verməlidir"

!Reklam – Yazi

“Ermənistanda siyasətində də, generalları arasında da təxribatçı qüvvələr var. Müdafiə Nazirliyində Sərkisyan və Köçəryana sadiq olan generallar bütün imkanlarından istifadə edirlər ki, sərhəddə atəşkəs pozulsun”.

Bunu erməni tərəfinin dövlət sərhəddinə canlı qüvvə və döyüş texnikası cəmləşdirməsinə, təxribatlar törətməsinə münasibət bildirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Ermənistandakı qüvvələr danışıqların alınmaması üçün əlindən gələni edir və edəcək:

“Burada rus amili də görürəm. Sərhəddə baş verənlərdə Rusiya izi sezilir. Ermənistan və Azərbaycan tərəfə mesaj ondan ibarətdir ki, bölgədə varam, istədiyimiz vaxt atəşkəsi poza bilərik.

Bütün hallarda Azərbaycan ordusu Ermənistanın cavabını verməlidir. Təxribat törədən bölmələri məhv etməlidir. Lazım gəlsə onların atəş nöqtələrini susdurub, hətta həmin mövqelərə çıxmalıdır.

Bu təxribatlarla Ermənistanda gərginliyi artırmaq istəyirlər. Paşinyanı nə ruslar istəyir, nə də Sərkisyan və Köçəryanın tərəfdarları. Paşinyana qarşı olanlar həm də sülhün olmasını istəmirlər. Baş verənlər delimitasiya və demarkasiya məsələlərinə əngəl yaratmaq məqsədi daşıyır”.

Səxavət Məmməd

www.yenicag.az

949
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv