!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəlləkliyi TƏHSİLDƏ ÖYRƏNƏNLƏR: ”Birinci sinfə qəbul imtahanı ləğv olunmalıdır” - Millət vəkili

!Reklam – Yazi

Elm və Təhsil Nazirliyinin qərarı ilə birinci sinfə şagird qəbulu zamanı uşaqlara olunan sorğu-suallar, şifahi nitq bacarıqlarının yoxlanılması adı altında təşkil edilən müsahibələr ictimaiyyətdə sərt narazılıqla qarşılanıb. Yeni qaydaları azyaşlı uşağa işgəncə kimi dəyərləndirənlər də var.

Millət vəkili Aqil Abbas Yenicag.az-a açıqlamasında buna ehtiyac olmadığını və bu qaydaların ləğv edilməsi təklifini səsləndirib:

“Bu imtahanlar, sorğu-suallar, müsahibələr ləğv olunmalıdır. Uşaq məktəbə oxumaq, təhsil almaq üçün gedir. Ondan imtahan götürərlər?

Bu uşaq ali məktəbə – universitetə, akademiyaya, kollecə daxil olur ki, imtahan versin? Savadsız uşaqdır, birinci sinfə ona görə gəlir ki, əlifba, hesab öyrənsin. Bunları da ibtidai sinifdə öyrənir.

Cavab verməyəcəksə, deyəcəklər, sualları bilmədin, get yenidən öyrən gəl? Axmaq bir düşüncədir. Kimin ağlına nə gəlir, onu təhsildə həyata keçirməyə çalışır. Dəlləkliyi təhsildə öyrənir”.

Cəvahir

www.yenicag.az

2447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv