Dəm qazı faciəsi məktəbli qızın sonu oldu

Gəncə şəhərində yeniyetmə qız dəm qazından boğulub.

Yenicag.az xəbər verir ki, hadisə Gəncə şəhəri, Kəpəz rayonu, Mikayıl Rəhimov küçəsi 15-də baş verib. Həmin ünvanda yaşayan 2004-cü il təvəllüdlü məktəbli Rüstəmova Nisə Arif qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub.

Ailə üzvləri qızın meyitini hamamda aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

COP29