!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəm qazından necə qorunmaq olar? – Çıxış yolu var

!Reklam – Yazi
Son zamanlar cəmiyyətdə dəm qazından boğulma halları artıb. Demək olar ki, hər gün bu cür bədbəxt hadisələr nəticəsində ölüm halları ilə qarşılaşırıq. Mütəxəssislərin fikrincə, bu cür hallar daha çox qaz cihazlarının düzgün quraşdırılmaması və texniki cəhətdən nasaz olması ilə bağlıdır. 

Bəs dəm qazını müəyyən etmək və ondan qorunmaq üçün nə etməliyik?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan texniki təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, dəm qazından qorunmağın ən sadə və rahat üsulu qaz detektorlarının istifadəsidir:

“Öncəliklə binaların tikintisi və layihələndirilməsi zamanı tikinti normalarına və qaz təssərüfatı qaydalarına əməl olunmalıdır. Dəm qazını müəyyən etmək insan instinkti ilə mümkün deyil, çünki bu qaz iyisiz, rəngsiz və xüsusi qoxusuz olduğuna görə öncədən müəyyənləşdirmək mümkünsüzdür. Lakin bir sıra təhlükəsizlik qaydaları bağlı tədbirlər görüldükdə dəm qazı sızması nəticəsində zəhərlənmə hallarının qarşısını almaq mümkündür. Dəm qazının vaxtında aşkarlanması üçün ən rahat və ən sadə üsul qaz detektorlarının quraşdırılmasıdır. Lakin bununla bağlı ölkəmizdə vahid standart və qaydalar yoxdur. Bu qaz detektorlarının quraşdırılması könüllülük prinsipi əsasında deyil, icbari qaydada həyata keçirilməlidir. Hamamlarda tüstü bacalarının təmizlənməsi çox vacibdir və ildə 2 dəfədən az olmayaraq təmizlənməlidir. Xüsusi qızdırıcı qaz cihazlarının hamamların içərisində istifadəsinə qətiyyən yol verilməməlidir. Bu tip su qızdırıcı cihazlar mütləq şəkildə eyvanlarda quraşdırılmalıdır. Əksər hallarda dəm qazından boğulma halları hamamlarda quraşdırılan su qızdırıcı qaz cihazlarına görə baş verir. Bunun da səbəbi bilavasitə tüstü bacalarının təmiz olmaması və ya həmən qızdırıcı cihazlarda olan nasazlıqlarla bağlı ola bilir”.

Ekspert hamam otaqları ilə yanaşı mətbəxlərdə də təhlükəsizlik tədbirlərinin görülməsinin vacib olduğunu vurğulayıb:

“Mətbəxlərin qurulması zamanı bir çox tələblər var, Bunlardan biri də qaz cihazları quraşdırılarkən mətbəxin hündürlüyünün minimum 2.2 metrdən hündür olmasıdır. Mətbəxlərdə mütləq pəncərələr olmalıdır. Bildiyiniz kimi bəzən mətbəxlərdə pəncərələr ləğv olunur və daşla hörülür. Bu qaydaların tələblərinə zidd olan bir addımdır. Mətbəxdə də hamamda olduğu kimi xüsusi havalandırma təşkil olunmalı, təbii hava axınına şərait yaradılmalıdır. Bütün bu tələblərlə birlikdə əvvəldə qeyd etdiyim qaz detektorlarının istifadəsi mütləqdir və bu cihazları istehsal edən, həmçinin satan müəssisələrin xüsusi lisenziyası olmalıdır. Yerli qanunvericilikdə isə bu qaz detektorları ilə bağlı hələki xüsusi tələb yoxdur. Lakin insanlar öz təhlükəsizlikləri üçün bu detektorların qurulmasını təmin etməldidir”.

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv