Reklam

Reklam

Gəncədə dəm qazından zəhərlənərək öldükləri bildirilən iki bacının qətlə yetirildiyi məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur küçəsində baş verib.

Belə ki, həmin küçədə yerləşən evlərdən birində iki bacının – 70 yaşlı Zəhra Abdullayevanın və 57 yaşlı Rəna Nəbiyevanın meyiti tapılıb.

Hadisə üzrə aparılan araşdırmalar nəticəsində məlum olub ki, R.Nəbiyeva və Z.Abdullayeva qətlə yetirilib. Məlumata görə, hər iki meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib.
İlkin ehtimala görə, hadisə oğurluq və ya quldurluq zamanı törədililib. Cinayətkar şəxs və ya şəxslər izi itirmək məqsədi ilə evdən çıxarkən otaqdakı qazı açıq qoyub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 66
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."