!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəmir barmaqlıqlar arasında qalan uşaq XİLAS OLUNDU - VİDEO/FOTO

!Reklam – Yazi

FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər azyaşlının başının dəmir barmaqlıqlar arasında qalması barədə məlumat daxil olub.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2015-ci il təvəllüdlü uşağın başı beşmərtəbəli yaşayış binasının mərtəbəsində yerləşən mənzilin pəncərəsinin dəmir barmaqlıqları arasında sıxılı halda qalaraq təhlükəli vəziyyətə düşüb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağı xilas edərək ailəsinə təhvil veriblər.

 

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv