!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəmir yolu stansiyasından oğurluq... - FOTO

!Reklam – Yazi

Dəmiryolu Nəqliyyatında Polis İdarəsi və Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən stansiyada park edilmiş vaqonların metal hissələrini və təkərlərini oğurlayan şəxslər saxlanılıblar.

Yenicag.az xəbər verir ki, əməliyyat zamanı Miraslan Səmədov və Qadir Zəkarayev saxlanılaraq istintaqa təqdim ediliblər. Onların idarə etdikləri yük avtomobilinə baxış zamanı vaqonlardan oğurladıqları metal parçalar, həmçinin hadisə zamanı istifadə etdikləri avadanlıqlar aşkar edilib. Saxlanılan şəxslər ifadələrində bundan əvvəl də iki dəfə Ələt dəmir yolu stansiyasında vaqonların metal hissələrini kəsərək oğurladıqlarını bildiriblər./Apa.az/

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv