!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” adlı kitabın təqdimatı keçirildi - FOTO

!Reklam – Yazi

Bu gün Bakı Dövlət Universitetində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə misirli alim, tədqiqatçı və jurnalist Əhməd Abdo Tərabikin “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” adlı kitabın təqdimatı keçirilir.

Yenicag.az xəbər verir ki, təqdimat mərasimində ərəbdilli ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, politoloqlar, tanınmış şərqşünaslar və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Prezidenti Umud Mirzəyev bildirib ki, Əhməd Tərabikin II Qarabağ müharibəsi ilə bağlı yazdığı 320 səhifəlik kitabı Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı və dəstəyi ilə işıq üzü görüb.

“Bu unikal faktlar toplusunun ərsəyə gəlməsi üçün mən və dostum, Misirin Ayn Şəms Universitetinin professoru, Azərbaycan üzrə tədqiqatların müəllifi, professor Əhməd Sami Elaydi əlimizdən gələni əsirgəmədik. Nəzərə alsaq ki, hazırda dünyada 21 müstəqil ərəb dövləti var və ərəbdilli xalqların sayı təxminən 400 milyona yaxındır, deməli Azərbaycanın qələbəsi ilə bitən bu savaşla bağlı faktlar toplusunun ərəb dilində bir kitab şəklində çapı vacib, labüd idi”.

U. Mirzəyev qeyd etdi ki, 2020-ci ildə baş verən ikinci Qarabağ müharibəsi Qafqaz regionunda yeni strateji xətt meydana gətirdi.

“Məhz bu mübarizə sayəsində 30 ildən sonra işğal altında olan torpaqlarımıza qovuşduq. Azərbaycan bu mübarizədə bütün beynəlxalq qanunlara riayət edərək, öz torpaqlarının toxunulmazlığını dünyaya nümayiş etdirdi. “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” kitabını oxuduqda, 44 gün ərzində Azərbaycanın rəşadətli ordusunun şücaəti və döyüşdə yaşananlarla yaxından tanış oluruq. Bununla yanaşı, kitabda Ermənilərin 30 il boyunca törətdiyi vandalizmlərə də şahid ola bilərik. Kitabın müəllifi Əhməd Tərabik Azərbaycanla yanaşı, Türkiyə və Qafqaz regionun tarixinə yaxından bələddir. O, bir çox dərsliklər, məqalə və kitabların müəllifidir. Bu sahədə kifayət qədər təcrübəli olmasına əsaslanaraq, onun yazdığı bu kitab etibarlı mənbə hesab olunur”.

Onun sözlərinə görə, Əhməd Tərabik Asiya və Yaxın Şərq məsələləri üzrə tədqiqatçı və “Qarabağ: Qafqazda sülhə aparan yol”, “1915-ci il hadisələri: Türkiyə-Ermənistan münasibətləri üzrə proqnozlar”, “Qazaxıstan: Gələcəyə yol”, “Özbəkistan: İslam mədəniyyətinin mənbələri”, “1915-ci ilin hadisələri: Türkiyə-Ermənistan əlaqələrin kəsilməsi” əsərlərini qələmə alıb. O, həmçinin Bakı Dövlət Universitetinin “Ərəb filologiyası” kafedrasının professoru, filologiya elmləri doktoru Aida İmanquliyeva: Şərqşünaslıq üzrə tədqiqatların öndəri” və digər önəmli əsərlərin müəllifidir”.

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv