!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dəmirçi plaza”da dəhşətli qətl – “Bu insan yalnız oğlumu öldürmədi...”

!Reklam – Yazi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Ağalını qəsdən öldürməkdə ittiham olunan Elşən Bəşirova qarşı cinayət işinə baxılıb.

Yenicag.az haqqın.az-a istinadən xəbər verir ki, məhkəmə prosesinə hakim Fikrət Qəribov sədrlik edib.

Müttəhim Bəşirov Ağalıyla tez-tez mübahisə etdiyini, cinayətdən əvvəl də psixoloji problemləri olduğunu və Ağalıya atəş açsa da, onu öldürmək niyyəti olmadığını qeyd edib.

Qətlə yetirilən şəxsin hüquqi varisi Xalid Ağayev oğlunun qatili ilə tanış olmadığını bildirib: “Mənim oğlum ziyalı ailəsində doğulub. Onun dilindən heç vaxt təhqiramiz ifadə eşitməmişəm. Bu insan yalnız oğlumu öldürmədi, o, mənə, ailəmə, qohumlarımıza dərd verdi”.

X.Ağayev qeyd edib ki, Bəşirovun sözlərinə inanmır: “Məgər bir insanı heç nədən öldürmək olar? O deyir ki, psixi problemləri var. Belə bir insana necə silah vermək olardı? Oğlumu öldürərkən o affekt vəziyyətində olmayıb. Burada başqa səbəblər var. Məni oğlumun meyiti saxlanılan morqa buraxmadılar. Deyirlər ki, yaxın məsafədən atəş açıldığı üçün oğlumun başından heç nə qalmayıb”.

Xalid Ağayev məhkəmədən Bəşirovun ömürlük həbsə məhkum edilməsini xahiş edib.

Xatırladaq ki, hadisə bu il yanvarın 7-də “Dəmirçi Plaza”da yerləşən “İraq Hava Yolları”na məxsus ofisdə baş verib. Şirkətdə sürücü olaraq çalışan Elşən Bəşirov şəxsi münaqişə zəminində şirkətdə menecer kimi fəaliyyət göstərən Əli Ağalını odlu silahdan atəş açaraq öldürüb.

Yenicag.az

www.yenicag.az

5042
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv