!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dəmirli” yatağında törədilən barbarlığın sübutları - VİDEO

!Reklam – Yazi

“Dəmirli” dağ-mədən kompleksinin tikintisi zamanı onun yerləşdiyi 850 hektardan artıq ərazidəki Qarabağ meşələrinin ən gözəl nümunələrinin yer aldığı 82 hektara yaxın meşə örtüyü məhv edilib. Baş verən  bu ekoloji faciə və mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılması dünya ictimaiyyətindən ustalıqla gizlədilib.

Yenicag.az xəbər verir ki, bunu Strateji Kommunikasiya Mərkəzinin tədqiqatçısı Səbuhi Hüseynov deyib.

Onun sözlərinə görə, aparılan araşdırmaya əsasən, “Dəmirli” mədən yatağının işlənməsinə  “Base Metals” şirkəti tərəfindən 2012-ci ildə başlanıb.  İlkin dövrdə əldə olunan mis-molibden filizi “Qızılbulaq” mədənində yerləşən zənginləşdirmə zavoduna aparılaraq orada emal edilib. 2014-cü ilin aprelindən “Dəmirli” dağ-mədən kompleksinin tikinti işləri start götürüb.

Tədqiqatçı bildirib ki, hətta “Global Forest Watch” təşkilatına məxsus monitorinq sistemi bu ekoloji faciənin baş verməsini nədənsə, sadəcə, üç hektar meşə örtüyünün itirilməsi kimi göstərməkdədir.

Qanunsuz fəaliyyət zamanı öz işlərinə hüquqi don geyindirməyə cəhd edən şirkət rəhbərləri və Ermənistanın siyasi dairələri isə işğal dövründə dövrdə ərazinin istismarı zamanı heç bir ekoloji fəsadların meydana gəlməyəcəyini bildirirdilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv