Reklam

Reklam

kassa_demiryol“Azərbaycan Dəmir Yolları” QSC beynəlxalq istiqamətlər üzrə dəmiryolu qiymətlərini artırıb.

Bunu QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Qiymətlər manatın ikinci devalvasiya dalğası ilə əlaqədar dəyişib. N. Əzməmmədovun sözlərinə görə, Azərbaycan ərazisində biletlər manatla satılır, lakin Rusiya, MDB və Baltikyanı ölkələr arasındakı dəmiryolu nəqliyyatında gediş haqqının hesablanması zamanı tarif valyutası İsveçrə frankıdır: “İsveçrə frankının məzənnəsinin dəyişməsindən asılı olaraq dəmiryolu qiymətləri avtomatik dəyişir”.

Qeyd edək ki, Bakıdan qatarlar beynəlxalq istiqamətlər üzrə Tbilisi, Moskva, Xarkov, Tümen və Rostova hərəkət edir.(trend)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 69
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."