!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Demokratik Jurnalistlər Liqası yeni layihə həyata keçirir

!Reklam – Yazi

Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq birləşdirici və milli dəyərdir” mövzusunda layihənin icrasına başlayır.

Yenicag.az xəbər verir ki, layihə çərçivəsində dövlətin əsas istiqamətindən biri olan multikulturalizm siyasətinin əsasını təşkil edən azərbaycançılığın təşviq edilməsi məqsədilə silsilə televiziya müzakirələrinin hazırlanaraq canlı yayımlanması və Youtube-da, digər sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.

Layihə dövründə “Azərbaycançılıq ideyasının XX əsrin əvvəllərində təşəkkülü”, “Çağdaş Azərbaycançılıq ideyasının siyasi banisi Ümummilli Lider H. Əliyevdir”, “Milli birliyimiz Vətən müharibəsində Zəfər qazandı” və “Azərbaycançılıq ideyasının əsas tərkib hissəsi multikulturalizmdir” mövzularında proqramlar hazırlanaraq yayımlanacaq və həmin televiziya verilişləri “Youtube”da, digər sosial şəbəkələrdə yerləşdiriləcək. Eyni zamanda, “fasebook” sosial şəbəkəsində ötən layihələrdən fəaliyyət göstərən “Dövlətimizi qoruyaq və təbliğ edək” səhifəsində mövzu ilə bağlı ictimai forumlar təşkil ediləcək.

Layihənin keçirilməsində məqsəd dövlətimizin əsas siyasi istiqamətlərindən birinə çevrilən azərbaycançılıq və multikulturalizm ideyasına töfhə verən televiziya müzakirələrini təşkil etməkdir.

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv