!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Demoqrafiyaya zərbə vuran STEREOTİPLƏR: “Valideynlər qızların maddi yük olduğunu...” – Komitə rəsmisi

!Reklam – Yazi

“Əksər valideynlər qızların maddi yük olduğunu hesab edirlər”.

Bunu BMT-nin Əhali Fondunun Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulmasına dair hesablamalarını şərh edərkən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva Yenicag.az-a açıqlamasında deyib.

O, əksər ailələrdə gender stereotiplərinin oğlan uşaqlarına üstünlük verilməsinə səbəb olduğunu bildirib:

“Ailələrdə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlara imkan yaradır. Buna görə də doğulan uşaqlar arasında cins nisbətinin pozulması baş verir. 2021-ci ilin statistikasına əsasən, ölkəmizdə 100 qız, 116 oğlan doğulub. Baxmayaraq ki, ölkəmizdə gender bərabərliyinin təminatı ilə bağlı müddəalar çoxdur, hələ də bu məsələdə stereotiplərin mövcudluğu belə bir problemlərə gətirib çıxarır. Oğlan uşaqlarına verilən üstünlüyün əsas səbəbi onlara nəslin və soyadın davamçısı kimi baxılması, valideynlərə maddi dəstək göstərən şəxs kimi qəbul edilməsidir. Əksər valideynlər qızların maddi yük olduğunu hesab edirlər”.

Dövlətin bu istiqamətdə müntəzəm tədbirlər həyata keçirməsini qeyd edən Kamila Əliyeva əhali arasında görülən maarifləndirmə işlərindən danışıb:

“2020-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər planının əsas məqsədi ailələrdə doğulan uşaqlar arasında cinsə görə nisbətin bioloji normaya uyğunlaşdırılması və oğlan uşaqlarına verilən üstünlüyün kökündə dayanan gender stereotiplərin aradan qaldırılmasıdır. Planın icraçısı kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq əhali arasında maarifləndirmə tədbirləri görür. Bu tədbirlər komitə tərəfindən beynəlxalq təcrübələrə əsaslanaraq həyata keçirilir. Xüsusilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə əməkdaşlığı qeyd etmək istərdim ki, bu əməkdaşlıq çərçivəsində də müxtəlif təlimlər, tədbirlər keçirilir.

“Cənubi Qafqazda gender əsaslı cins seçimi (GƏCS) və digər zərərli təcrübələrin aradan qaldırılması” qlobal proqramı həyata keçirilib. Həmin proqram çərçivəsində Ailə, Qadın və Uşaq Komitəsi və BMT-nin Əhali Fondu ilə birgə “Uşaqlar doğulana qədər cins seçiminə yox deyək” bukleti hazırlanıb. Yəni əsas məqsəd ailədə olan gender stereotiplərinin aradan qaldırılması və bu yöndə mentaliteti dəyişməkdir”.

Sadiq Cavadov

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv