!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Dəniz" kafesində başlayan dəhşətli qətlin səbəbləri - Qərardan narazı qalan tərəflər - VİDEO

!Reklam – Yazi

Bu gün Beynalxaq Mətbuat mərkəzində 2015-ci il yanvarın 8-də baş verən Qaradağ rayonu, Sahil qəsəbəsində dəhşətli qətil hadisəsində təqsirli bilinən Tərlanov Zaur Ənvər oğlunun hüquqlarını qoruyan müdafiəçisi, ailəsi və jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirilib.

Xatırladaq ki, hadisə 8 yanvar 2015-ci il tarixində saat 17 radələrində Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Dəniz” kafesində Tərlanov Zaur Ənvər oğlu öz dostu Xəlilov Anar Zəkəriyyə oğlu ilə birlikdə çay içərkən, oraya “nigahdan kənar həyat yoldaşı Aslanova Xanım Əlibala qızı ilə Cavid Rəhimovun 2014-ci ilin avqust -sentyabr aylarından şəxsi münasibətdə və cinsi əlaqədə olması ilə bağlı” aralarında şəxsi, qərəzli münasibətlər zəminində mübahisə düşmüş. Bundan sonra aralarında mübahisəni həll etmək üçün Cavid və Cahid qardaşları Zaur Tərlanova dəniz kənarına getməyi və xanım Aslanovaya görə yaranmış mübahisəni davam etdirməyə təkid etmişlər. Mübahisə zamanı Zaur Tərlanov Cavid və Cahid Rəhimov qardaşlarını öldürmək qərarına gəlmişdir. İttiham aktında qeyd olunur ki, Zaur Tərlanov idarə etdiyi avtomobilinin arxa oturacağında olan ”Vinçester” silahla xüsusi amansızlıqla Cavid və Cahid qardaşlarını qətlə yetirmişdir. Məhkumun müdafiəçisi jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Zaur Tərlanov öz namusunu və şərəfini özünü müdafiə etdiyi üçün Cavid və Cahid qardaşlarına atəş açıb.

Biz təqsirləndirilən tərəf olaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası 23 iyul 2018 -ci il tarixli hökmü ilə razılaşmayaraq bildirdik ki, Zaur Tərlanov ondan qorxub qaçdığından və qəsəbəyə gəlmədiyindən onu öldürmək üçün real şərait olmamış və o, silahla Zauru öldürəcəyini dəfələrlə demiş, sadəcə Zaur Tərlanov ondan qorxub qaçdığından onu öldürmək üçün real şərait olmamış. O cümlədən verilmiş kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 05 may 2017 -ci il tarixli qərarının ləğv edilməsi və işin Apelyasiya İnstansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi dəfələrlə xahiş olunub.

Məhkumun müdafiəçisi olaraq kassasiya şikayətində bildirdik ki, ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən məhkumun əməli əsassız olaraq bir qardaş digərinin gözü qarşısında öldürməyə görə xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi tövsif edilsin.

Həmçinin müdafiəçi qeyd edir ki, işin apelyasiya məhkəməsində baxış zamanı müdafiə nitqi üçün vaxt istəmiş və ona cəmi 30 dəqiqə vaxt verilmişdir. Bundan başqa işin gedişində şahid ifadələri fonoskopik ekspertiza rəyi, telefon danışıq protokolları və digər maddi sübut kimi qəbul edilməməsi, şadidlərin məhkəməyə çağırılmaması, kamera görüntülərinin gizlədilməsi, 96 vərəq telefon danışıqlarının əlavə edilməməsi bir növ məhkəmələrin qərəzli olmasını sübut edir.

İbtidai istintaqda və birinci instansiya məhkəməsində ümumilikdə dindirilən 29 nəfər şahidlərin ifadələri onun lehinə olub, ifadələrin doğruluğunu təsdiq etmişdir. Lakin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.04.2016-ci il tarixli hökmünün təsviri hissəsində qeyd olunan şahidlərin ifadələrinə istinad edilsə də, sonda qiymət verilməyib. Nəticədə, Bakı Ağır Cinayətlər Məhkəməsi heç bir şahidin ifadəsinə əsaslanmadan, subyektiv qərar çıxarmışdır. Dindirilən şahidlərdən heç birinin Z.Tərlanovu müdafiə edən ifadələri məhkəmə kollegiyası hökmə əlavə etməmişdir.

“Dəniz” kafesindən hadisənin baş verdiyi əraziyə qədər olan marşurut üzrə müşahidə kameralarının görüntüləri gizlədilmişdir. 08/01/2015 tarixində hadisə zamanı onun qaçmaq imkanı məhdudlaşdırılmış ,yolu kəsən arxa tərəfdə dayanan ağ rəngli “Toyata Prado” avtomobili və qarşı sağ tərəfdə dayanan qara rəngili ”Mercedes”avtomobili və həmin maşınlarda olan şəxslərin Cavid Rəhimovla münasibətləri, həmin an Rəhimov qardaşları tərəfindən gizlədilmişdir. Mərhum Rəhimov Cavidə məxsus (050)516 86 86 və digər (051)770 35 68 nömrəsindən çıxarışlarda o Zaur Tərlanovla dosluq münasibətində olan şəxsləri axtarıb, onları təhdid edib.

Bizim tələbimiz odur ki, Zaur Tərlanov və onun ailə üzvülərinə qarşı mütamadi davam edən qanunsuz və əxlaqa zidd nalayiq hərəkətləri və onu öldürəcəkləri barədə hədələməsinin, psixoloji təzyiq altında dəniz kənarına aparıb öldürəcəklərinin real təsiri ilə zəruri müdafiə həddini aşmaqla törətmişdir. Hesab edirik ki, bütün bu halların heç biri nəzərə alınmayıb. Qarşı tərəfin əsassız təyziq və təhdidlərindən məhkəmə və dövlət orqanlarına göstərdiyi təyziqlər səbəbindən bu iş dəqiq araşdırılmır. Sonda təqsirləndirilən şəxsin Zaur Tərlanovun atası ölkənin bütün güc strukturlarından bu işə ədalətli baxılmasını xahiş etmişdir.

Hesab edirəm ki, bizim ölkənin başçısı Cənab İlham Əliyev bu işin şəxsən obyektiv araşdırılmasına tapşırıq və göstərişini verəcəkdir. Qarşı tərəf öz gücündən istifadə edir, lakin mənim ölkəmizin ali qanunlarına hörmət edən şəxslərə qarşı inamım ölməyib. Bizim ziyali ailəmiz var, elə bir insanla qarşı-qarşıya diyanmışıq bunu necə anladım bilmirəm.

Bu gün mən Qaradağ rayonunda kriminal ailə kimi ad çıxaran insanlarla mübarizə aparıram. Belə bir allahsızlıq olmaz, namusuna xələl gələn bizim ailəmiz, zərərçəkən onların.

www.yenicag.az

13517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv