“Dəniz kuboku-2018” müsabiqəsinin ikinci mərhələsi icra olunub
Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, “Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri “Gəminin davamlılığı uğrunda mübarizə” üzrə yarışda “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu yerinə yetiriblər.
Ekipajlar bu epizodda gəminin təhlükəsizliyinin təmin edilməsi, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdiriblər.
Komandalar növbəti gün “Xilasetmə vasitələrinin istifadəsi” epizodunu yerinə yetirəcəklər.