Dənizdə batan 3 nəfər xilas edildi – Bu gün

Bu gün Bakının Zağulba, Mərdəkan sahillərində çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib.

Yenicag.az xəbər verir ki, xilasetmə əməliyyatları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilib.

Hadisələr xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə qeydə alınıb.

COP29