Dənizdə batan 8 nəfər xilas edilib – Bu gün

Dənizdə batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib.

Yenicag.az FHN-in saytına istinadən xəbər verir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Hövsan, Bilgəh, Mingəçevir, Mərdəkan sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 8 nəfər xilas olunub.