Dənizdə batan şəxs xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Buzovna sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər xilas olunub.