!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dənizdə dalğanın hündürlüyü 3 metrə çatdı - FAKTİKİ HAVA

!Reklam – Yazi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb.

Qurumdan Yenicag.az-a bildirilib ki, iyulun 11-i saat 17:00-a olan məlumatına əsasən, Göytəpə, Oğuz, Gəncə, Gədəbəy, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şəki, Qusar, Xınalıq, Quba, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Şimal-qərb küləyi arabir Naftalanda 25 m/s, Ağdam, Göyçay, Zərdab, Tərtərdə 20 m/s, Yevlax, Gəncədə 18 m/s, Beyləqanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv