Dənizdən meyit tapıldı – BULVARDA

Bakının Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə naməlum kişi meyiti aşkar edilib.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.