!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dənizkənarı ərazidə qanunsuz tikilinin qarşısı alındı

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyi (FHN) dənizkənarı ərazidə növbəti qanunsuz tikilinin qarşısını alıb.

Yenicag.az xəbər verir ki, Qaradağ rayonunun Sahil qəsəbəsində dənizəkənarı ərazinin qanunsuz olaraq hasarlandığı faktı aşkarlanıb.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentlyinin inspektoru Müşfiq Hacıyev bildirib ki, problemin aradan qaldırılması üçün ərazidə qanunsuz inşa olunmuş tikilinin söküntü işləri aparılır:

“Bura mühafizə zonası hesab edilir. Tikilinin dənizdən 100 metr uzaqlıqda olması lazımdır. Hazırda Qaradağ Rayon İcra hakimiyyəti ilə birlikdə ərazidə söküntü işlərinə başlanılıb. Belə hallara tez-tez rast gəlinsə də tərəfimizdən keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər dayandırılır. Qeyd edim ki, bu Qaradağ rayonu ərazisində sökülən ilk dənizkənarı qanunsuz tikilidir”.

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv