!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dənizli liseylərində türk dünyasının Novruz adətləri tanıdıldı - FOTO

!Reklam – Yazi

Türkiyənin Dənizli şəhərində yerləşən Mustafa Qaynaq Anadolu Liseyi və Pınar Baha-Abalıoğlu Anadolu Liseyində türk dünyasının Novruz bayramı ilə bağlı adətləri tanıdılıb.

Yenicag.az xəbər verir ki, martın 20-də Pamukkale Universiteti İnsan və Sosial Elmlər Fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının dosenti Sonər Sağlam və kafedranın Azərbaycandan olan doktorantı Aqil Bəkir, Qırğızıstandan Akmaral ŞeyşenbekovaMəhəbbət Akılbekova, Türkmənistandan Sədəf Ayverdiyeva, Əfqanıstan türkmənlərindən Nuryağdı Nur Mustafa Qaynaq Anadolu Liseyində olublar.

Sonər Sağlam lisey şagirdlərinin Novruz bayramının tarixi və türk mədəniyyəti içərisindəki yerindən bəhs edib, Türkiyədə bu bayramın qeyd edilməsinin önəmindən danışıb.

Aqil Bəkir, Akmaral Şeyşenbekova, Məhəbbət Akılbekova, Sədəf Ayverdiyeva və Nuryağdı Nur ölkələrində Novruz bayramının qeyd edilməsi və bu bayrama xas adətlər barədə məlumat verib, şagirdlərin suallarını cavablandırıblar.

21 Mart tarixində isə kafedranın müəllimi Mehmet Sarıkösə, doktorantlardan Aqil Bəkir, Akmaral Şeyşenbekova, Feyzulla Töltay (Qazaxıstan), Nuryağdı Nur Pınar Baha-Abalıoğlu Anadolu Liseyində olublar.

Mehmet Sarıkösə şagirdləri Novruzun tarixi, Ərgənəkonla bağlılığı və ümumtürk mədəniyyətindəki yeri barədə məlumatlandırıb.

Doktorantlar da ölkələrində Novruz bayramının necə qeyd edildiyi və bununla bağlı ənənələr barədə təqdimatla çıxış ediblər.

Daha sonra liseyin həyətində Novruz bayramı ilə bağlı hazırlanmış kompozisiya izlənilib.

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv