!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dənizlidə sərgi təşkil edildi: Azərbaycanlı tələbənin də əl işi nümayiş olundu - FOTO

!Reklam – Yazi

Türkiyənin Dənizli şəhərində əl işlərindən ibarət sərgi keçirilib.

Yenicag.az-ın Türkiyə bürosu xəbər verir ki, Dənizli Böyükşəhər Bələdiyyəsi tərəfindən 53 fərqli sahədə keçirilən pulsuz kursların nəticəsi kimi təşkil edilən sərgidə min 914 nəfərin 5 min 250 əsəri nümayiş olunub.

Sərginin açılışına bələdiyyə sədri Osman Zolan və digər rəsmi şəxslər qatılıblar. Osman Zolan əsərlərin sayına görə sərginin rekord olduğunu vurğulayıb.

Dənizlidə Bakı mənzərəsi

Bələdiyyə trəfindən keçirilən kurslardan faydalanan azərbaycanlı tələbə İslam Məmmədovun çəkdiyi iki ədəd foto sərgidə yer alıb. Şəkillərdən birində paytaxt Bakı, digərində isə Türkiyənin Aydın şəhərinin Quşadası rayonunun mənzərəsi yer alıb.

Təəssüratlarını Yenicag.az-la bölüşən İslam Məmmədov Azərbaycanda da bu tipli kurslaırn təşkil edilməsinin vacibliyini vurğulayıb:

“Keçən il “Genç Denizli” təşkilatı və “Pamukkale Halk Eğitimi” mərkəzi tərəfindən təşkil olunan bir çox kursdan biri də “Fotoqraflıq” kursu idi. Bura qatılaraq həm nəzəri, həm praktik biliklərə yiyələnib bu sahədə təcrübə toplamaq fürsətim oldu. Hazırda Dənizli şəhərində həmin kursun tələbələrinin çəkdikləri şəkillər sərgilənir. Mənim də orada biri Bakıdan, biri Quşadasından olmaqla, iki şəklim sərgilənir. Bu fürsəti əldə etmək bizləri də sevindirir və sahəyə olan marağımızı artırır. Bizimlə çalışan müəllimimiz Zeki Akakçaya da təşəkkür edirəm. Arzu edirəm ki, doğma vətənimizdə də belə kurslar təşkil edilsin və tələbələrin işlərindən ibarət böyük miqyaslı sərgilər keçirilsin”.

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv