Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkili Zülfü Dəmirbağ maaşının azlığından gileylənib.
Yenicag.az “Sözcü”yə istinadən xəbər verir ki, deputat köməkçilərə borcunun olduğunu və onları ödəmək üçün maaşının verilməsini gözlədiyini deyib.
“Bayramqabağı veriləcək maaşı gözləyirik. Elə çöldən göründüyü kimi deyil. Vicdanlı insan o maaşla millət vəkili olmaz. Çox çətindir. Köməkçilərimə borcum var, maaşımın yüklənməsini gözləyirəm”.