!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat ATƏT PA-nın təmsilçisi qismində iki ölkəyə səfər edəcək

!Reklam – Yazi

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev martın 8-dən 10-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində səfərdə olacaq.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, Azay Quliyevin ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi kimi Bosniya və Herseqovinanın rəsmiləri və bu ölkədə akkreditə olunmuş beynəlxalq qurumların, bir sıra tərəfdaş ölkələrin diplomatik korpusunun təmsilçiləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə Bosniya və Herseqovinada, o cümlədən Qərbi Balkanlarda mövcud vəziyyət və təhlükəsizlik məsələləri müzakirə ediləcək, müasir çağırışların fonunda parlament diplomatiyasının rolu diqqət mərkəzində olacaq.

Martın 10-da Azay Quliyev ATƏT PA-nın təmsilçisi kimi Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcək.

Milli Məclisin deputatı martın 11-dən 13-dək keçiriləcək forumda gündəlikdə olan məsələlərin müzakirəsində iştirak edəcək.

Səfər martın 14-də başa çatacaq.

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv