Deputat “Çınqıl mafiyası”nı hədəfə aldı: “Onlara icazəni kim verir?”

Bu gün Milli Məclisinin növbədənkənar keçirilən plenar iclasında ekologiyaya ziyan vuran hallar kəskin tənqid olunub.

Yenicag.az xəbər verir ki, «Ətraf mühitin mühafizəsi haqqında»  çıxış edən millət vəkili Vahid Əhmədov ekoloji fəlakətə səbəb olan hallardan danışıb.

O ötən il Qubada, bu ilsə Göyçayda baş verən təbii fəlakətlərin əsas səbəbi kimi həmin ərazidə qanunsuz çınqıl daşların daşınmasını deyib: “Həmin ərazidə qanunsuz çınqıl daşları qanunsuz olaraq daşınır. Bu barədə dəfələrlə deyilsə də, heç bir faydası yoxdur. Ərazilərdəki çınqılı daşıyaraq həmin ərazilərdə təhlükəni yaradan qüvvələrə icazəni kim verir, necə verir, bilinmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu hallara qarşı mübarizə aparmağa çalışır. Ancaq bu məsələləri bu nazirliyə yükləmək düzgün deyin. Qanunsuz çınqıl daşınyanlara qarşı daha yüksək səviyyədə və daha ciddi şəkildə mübarizə aparılmalıdır”.

Araz. Z

COP29