Deputat dəfn edildi – FOTO/YENİLƏNİB

Qubada mərhum deputat Yevda Abramovun dəfn mərasimi başa çatıb.

Mərhum Qırmızı qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sabiq sədr müavini dekabrın 6-da müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib. Milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.

***

Uzun sürən xəstəlikdən sonra dünyasının dəyişən Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi başa çatıb.

Vida mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın məktubu oxunub.

***

Qubada Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilir.

Yenicag.az-ın məlumatına görə, Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində keçirilən vida mərasiminə paytaxtdan və respublikanın  bölgələrindən dövlət və ictimai xadimlər gəlib.

Mərasimdən sonra mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq. Xatırladaq ki, deputat dekabrın 6-da 71 yaşında dünyasını dəyişib.

Millət vəkili bir müddət öncə xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu.
Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini idi.

Allah rəhmət eləsin!

COP29