!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat dərmanların qiymətindən DANIŞDI: "Baha olması ciddi problemlərdən biridir"

!Reklam – Yazi

“Məlumata görə, hökumət dərman vasitələrinin qiymətləri ilə əlaqəli xüsusi layihə hazırlayır. Lakin uzun müddət keçməsinə baxmayaraq, həmin layihə barədə hələ də heç bir məlumat yoxdur”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat qeyd edib ki, dərmanların qiymətlərinin baha olması ciddi problemlərdən biridir:

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da bu məsələyə münasibət bildirib ki, tək dərmanların qiyməti yox, eləcə də keyfiyyəti, əlçatanlığı və bu sahədə olan digər problemlərlə bağlı Səhiyyə Nazirliyi və hökumət birlikdə sənəd üzərində iş aparır:

“Sənədin hazırlanması ilə bağlı işlər artıq başa çatmaq üzrədir. Güman edirəm ki, yaxın vaxtlarda belə sənədi görəcəyik. Bununla da dərman vasitələri ilə bağlı mövcud olan problemlərin həlli nəzərdə tutulur”.

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv