!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat Ermənistan nümayəndələrini SUSDURDU: “Tək məscidləri deyil, kilsələri də...”

!Reklam – Yazi
Mərakeş Krallığının Mərakeş şəhərində BMT-nin Sivilizasiyalar Alyansının və Məhəmmədiyyə Din Alimləri Liqasının dəstəyi ilə Mərakeş parlamenti və Parlamentlərarası İttifaq tərəfindən “Ortaq gələcəyimiz naminə birgə iş” mövzusunda konfrans təşkil edilib.
Yenicag.az xəbər verir ki, konfransda Ermənistanın nümayəndə heyəti öz “ənənələrinə” sadiq qalaraq Azərbaycanı Ermənistana qarşı aqressiyada günahlandırıb, həyasızcasına beynəlxalq məhkəmələrin Azərbaycanla bağlı qətnamə qəbul etməməsindən şikayətlənib.
Ermənistan nümayəndə heyətinin çıxışından sonra Milli Məclisin deputatı Ceyhun Məmmədov söz alaraq Ermənistanın 30 il torpaqlarımızı işğalda saxladığını, 67 məscidimizi barbarcasına dağıtdığını, təkcə müsəlmanlara məxsus abidələri deyil, kilsələri də dağıtdığını bildirib.
C.Məmmədov Azərbaycanın sülh istədiyini, Ermənistanın isə ölkəmizə düşmənçiliyi davam etdirdiyini vurğulayıb.
Beləliklə daha bir beynəlxalq mötəbər tədbirdə erməni yalanının qarşısı qətiyyətlə alınıb.
A.Zeynalov

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv