!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat Feyziyev İngiltərənin gündəmində: Londona qoyduğu pullar müsadirə edilir, malikanəsinə əl qoyuldu

!Reklam – Yazi

Bu gün Londonun Westminster Magistrates məhkəməsinin hakimi “Regents” parkına baxan malikanəsi olan bir ailəyə daxil üç milyonçunun ölkəyə qanunsuz gətirdiyi pulun “çirkli pul” olması səbəbilə onların bank hesablarında depozitdə olan 5,6 milyon funt-sterlinqi Britaniyanın Milli Cinayət Agentliyinə müsadirə etmək tapşırığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə iqtisadçı-alim Qubad İbadoğlu İngiltərə mediasına istinadla sosial şəbəkədəki hesabında yazb.

Verilən informasiyaya görə, müsadirə olunan vəsait azərbaycanlı dərman maqnatı və deputat Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevaya, oğlu Orxana və qardaşı oğlu Elman Cavanşirə məxsusdur.

Ailə üzvlərinin hamısı iddia edirdilər ki, onların sərvətləri Cavanşır Feyziyevin qanuni biznes fəaliyyətindən əldə edilib və o, “Regents” parkının yanındakı “Kamberland terras”da ailəsinin bir neçə milyon funt-sterlinq dəyərində olan evinin də pulunu oradan ödəyib.

Lakin Westminster Magistrates məhkəməsinin hakimi Con Zani üçlüyün dondurulmuş bank hesablarında saxlanılan 15,3 milyon funt-sterlinqin 5,6 milyonun müsadirə olunmasına dair qərar çıxarıb. Müsadirə olunan pulun böyük hissəsi, 4,4 milyon funt-sterlinqi xanım Feyziyevaya məxsusdur. Cavanşir Feyziyevin oğlu Orxanın 1 milyon funt-sterlinqi, qardaşı oğlu Elmanın da 240.000 funt-sterlinqi müsadirə ediləcək.

Bu cinayət araşdırması tam yekunlaşmadığına görə, depozitdə qalan vəsait bütövlükdə dondurulub, malikanəyə də əl qoyulub.

www.yenicag.az

800
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv