!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat həyəcan təbili çaldı: "Azərbaycan kimliyinin boşluqlarını doldurmalıyıq"

!Reklam – Yazi

“Kooperativ maraqlarla Azərbaycan ideyası üçün lazım olan bütün materialları korlamışıq”.

Yenicag.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzində “Böyük millət-güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda keçirilən dəyirmi masada çıxış edən Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Azərbaycan yaralı dövlətdir və bu yara sağalmalıdır. Bu yara Qarabağ və ərazi bütövlüyü ilə bağlıdır:

“Azərbaycan ərazi bütövlüyünü təmin etməmiş sağlam ekskursiyaya başlamaq mümkün deyil. Çünki bütün platformalardan istənilən çıxış bizim strateji xəttimizə zərər vura bilər. Ermənistan bizə təkcə ərazi zərbəsi deyil, düşüncə zərbəsi də vurub. Bu zərbənin bir xeyiri odur ki, bizi rəqabətə hazırlayıb. Ümumiyyətlə, bizdə millətdən başlayan dövlət yoxdur. Dövlətdən başlayan millət var. Azərbaycançılıq dövlətin təşviq etdiyi yaşam tərzidir. Azərbaycan dildən başqa, digər kompanentləri Avropadan, Rusiyadan və digər dövlətlərdən götürüb. 90-ci illərdə müstəqillik qazanmağımızın əsas nəticəsi odur ki, Azərbaycan kimliyinin boşluqlarını doldurmalıyıq.

Bu gün Azərbaycanın əsas problemi İran kimliyindən azad olmaqdır. Əgər bu kimlikdən azad olmasaq, Avropa kimliyini də itirəcəyik. Böyük millətin dünya səviyyəsində universiteti, 15-20 filosofu varmı və ya elmi sferada hansısa problemi həll edə bilmişikmi? Dünyada elm təbiət elmləridir. Ancaq biz təbiət elmlərini Milli Elmlər Akademiyası etmişik. Yəni kooperativ maraqlarla Azərbaycan ideyası üçün lazım olan bütün materialları korlamışıq. Biz dövləti sıxışdırırıq ki, bizə ideologiya ver.

Azərbaycanın şansı tarixi dövrdə gətirib ki, vizyonu olan bir lideri var”.

Gülşən Şərif

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv