!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat Hikmət Mirzəyevlə bağlı təyinatdan danışdı

!Reklam – Yazi

Ötən həftənin sonu mətbuatın əsas mövzusu Müdafiə Nazirliyində yüksək vəzifələrə təyinatlar olub. Nazirliyin rəsmi məlumatında bildirilir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Ancaq ehtiyata və istefaya göndərilən hərbçilərin adları açıqlanmayıb.

Məlum olub ki, müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev və Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov da ehtiyata buraxılıblar.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev isə müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı təyin olunub. 56 yaşlı Hikmət Mirzəyev Biləsuvar rayonunda anadan olub. O, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edib. Vətən müharibəsinin zamanı Prezident İlham Əliyev ona “general-leytenant” ali hərbi rütbəsi verib. Sonradan “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Yeni təyinat Azərbaycan ordusu üçün nə vəd edir?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, peşəkar, öz döyüş tərcümeyi-halı ilə hörmət qazanmış zabitlərin irəli çəkilməsi ordunu daha da gücləndirəcək:

“Hikmət Mirzəyev Azərbaycan cəmiyyətinin, silahlı qüvvələrimizin, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğumuza göstərdiyi qayğının yetirməsidir. O və minlərlə digər zabitlərimiz məhz bu mühitdə özlərini peşəkar hərbçi, vətənə bağlı vətəndaşlar kimi göstərə biliblər. Məhz onların qəhrəmanlıqları ilə Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş və dünyada ən güclü ordulardan birinə sahib dövlət kimi tanınıb. İnanıram ki, peşəkar, öz döyüş tərcümeyi-halı ilə hörmət qazanmış zabitlərimizin irəli çəkilməsi ordumuzu daha da gücləndirəcək. Ordumuzun üzərinə düşən vəzifəsini bundan sonra da yerinə yetirməsinə böyük imkanlar yaradacaq. Bu gün Azərbaycan Ordusu ən müasir silahlara malikdir. Peşəkar zabitlər tərəfindən idarə olunur. Ordunun idarəetmə modeli dünyanın ən müasir ordu quruculuğuna malik türk ordu modeli ilə yenilənir. Orduya qulluq Azərbaycan gəncləri üçün bugün şərəf sayılır. Hesab edirəm ki, Azərbaycan Ordusu qəhrəman əsgərləri, fədakar zabitləri və orduya olan dövlət qayğısı ilə bundan sonra da dünyanın güclü ordularından biri olacaq”.

A.Mirzəzadə yeni təyinat alan zabitlərin göstərilən etimadı doğruldacağına inandığını söyləyib:

“Həm general Hikmət Mirzəyevi, eyni zamanda digər yeni təyinat alan zabitlərimizə yeni işlərində uğurlar arzulayıram. Ali Baş Komandanın onlara göstərdiyi yüksək etimadı doğruldacağına, Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında bundan sonra da fədakarlıq göstərəcəyinə inanıram. Azərbaycan xalqı öz ordusunu sevir, Ordusuna dəstək verir. Xalq-Ordu, xalq-iqtidar birliyi bu gün müstəqilliyimizin möhkəm ayaq üstə durmasına təsir edən ən güclü faktor kimi ortadadır”.

www.yenicag.az

125
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv