!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat Madər Musayev dəfn edildi

!Reklam – Yazi

Bu gün vəfat edən deputat Madər Musayev dəfn edilib.

Yenicag.az xəbər verir ki, mərhum Bakının Binəqədi rayonunda kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Madər Musayev bu gün uzun sürən xəstəlikdən sonra 75 yaşında vəfat edib.

O, 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986–1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.

Madər Musayev XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I, II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

“Şöhrət” və “Şərəf” ordenləri ilə, 25 noyabr 2022-ci ildə isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv