!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat Milli Məclisdəki monitordan şikayətləndi

!Reklam – Yazi

Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı istifadə etdikləri monitorların ləng işləməyindən gileylənib.

Yenicag.az-ın məlumatına görə, deputat bildirib ki, bəlkə də onun monitoru belə işləyir.  “Bir beş dəqiqə barmağını sürtməlisən ki, ekran yerindən tərpənsin. Bunlara, baxılsın. Qanun layihələrinin hamısını kağızda izləmək mümkün deyil. Monitorda işləmək asandır, o da ləng işləyir. “Dayan, doldurum” deyirdilər, bax o cürdür. Xahiş edirəm, texniki işçilər buna ciddi yanaşsınlar”, – deyə S.Rüstəmxanlı qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, bu məsələyə baxılacaq.

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv