!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat: "Milli Məclisin adı dəyişdirilsin"

!Reklam – Yazi

“Azərbaycanda iqtisadi rayonların bazasında 15 yeni region yaradılsın. Bu regionların məclisləri olsun”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib:

“O cümlədən, Naxçıvan Muxtar Respublikasının indiki Ali Məclisi məclis adlandırılsın. Bu məclislər xalq tərəfindən seçilsin. Regionların rəhbərləri də həmin məclislərdə seçilsin. Bu halda insanların dövlət idarəetməsinə yaxınlaşması ola bilər. İnsanlar yerlərdə özlərinin rəhbərlərini seçmiş olarlar. Təəssüf ki, Azərbaycanda bürokratik aparat siyasi qüvvəyə çevrilib. Nə qədər gec deyilsə, bunun qarşısını almaq lazımdır. Hesab edirəm ki, Azərbaycan Respublikası Milli Məclsinin adının dəyişdirilməsinə ehtiyac var. Milli Məclis Ali Məclis adlandırılmalıdır. Regionların inzibati ərazi vahidləri olmalı, onların da məclisləri olmalıdır”, deyə deputat bildirib./qaynarinfo

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv