!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat: "Nə vaxta kimi insanlara “qara camaat” kimi yanaşacağıq?!"

!Reklam – Yazi

“Biz sevinirik ki, pensiyalarda qənaət etmişik. 2009-cu ilə nisbətən pensiya alanların sayı 160 min nəfər azalıb. Belə çıxır ki, gücümüz ancaq pensiya alanlara çatır. Sonra da deyirik ki, gəlirlərimiz artıb”.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Tahir Kərimli parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

T.Kərimli bildirib ki, xalqa hər şey Avropa qiymətləri ilə satılır: “Bəs niyə pensiyanı həmin standartlarla vermirik? Nə vaxta kimi insanlara “qara camaat” kimi yanaşacağıq?! Mən “qara camaat”ın nümayəndəsiyəm”.

www.yenicag.az

329
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv